"Beşiktaş" "Atletiko"nun ulduz futbolçusu Fernando Torresi transfer etməyə yaxındır.
Sportarena.az xəbər verir ki, bu barədə İstanbul klubunun prezidenti Fikrət Orman Türkiyə mətbuatına məlumat verib. O, bildirib ki, madridlilərin prezidenti ilə görüşüb və transfer məsələsində razılığa gəlib. "Ağ-qaralar" bu keçidə görə qarşı tərəfə bir şərtlə pul ödəməyəcəklər ki, Torres "Atletiko"dan borclarını tələb etməsin.
Orman qeyd edib ki, artıq futbolçunun özü ilə də görüşüblər. Fernando düşünmək üçün 2-3 gün vaxt istəyib.