4 qat dünya rekordçuları Hüseyn və Laçın Pəhləvanoğlu qardaşları Gürcüstanın Marneuli şəhərində Qafqaz rekordlar federasiyasının təşkilatçılığı ilə keçirilən dünya rekordlar festivalına dəvət alsalar da, Gürcüstana getdikdən sonra orda çıxış etməkdən imtina ediblər.
Sportarena.az xəbər verir ki, buna səbəb federasiya rəhbərliyinin pəhləvanlara hörmətsizliyi olub. Festivaldan əvvəl federasiya prezidentinin ofisinin açılışında pəhləvanlardan rekord nömrələrlə çıxış etmək istənilib. Bununla da, pəhləvanlar festivaldan imtina ediblər.
Buna baxmayaraq, festival adı ilə aldadılaraq dəvət olunan pəhləvanlar yerli və xarici media işçiləri, qonaqlara hörmət əlaməti olaraq hərəyə 3 rekord nömrə nümayiş etdiriblər.
Pəhləvanlarımızın meneceri Xanbaba Daşdının saytımıza verdiyi açıqlamada bu məsələ ilə bağlı bir sıra addımlar atacaqlarını bildirib:
"Bu hörmətsiz davranışla bağlı sabahdan etibarən əlaqədar bütün qurumlara, elə cə də Azərbaycanın Gürcüstanda olan səfirliyinə müraciət olunacaq"
Xanbaba Daşdı bidirib ki, federasiya onlardan diplom və sertifikatların pullarını da istəyiblər. Halbuki Gürcüstandakı səfirliyimiz tərəfindən həmin pullar təşkilatçılara ödənilib.