"Mançester Yunayted" futbolçusu Zlatan İbrahimoviçlə müqavilənin müddətini artırmağa hazırlaşır.
Sportarena.az xəbər verir ki, yaxın vaxtlarda isveçli hücumçuya 2 illik yeni müqavilə təklif ediləcək. Komandanın baş məşqçisi Joze Mourinyo İbrahimoviçin oyunundan razıdır və onun komandadan ayrılmağını istəmir.
Qeyd edək ki, futbolçu cari mövsümdə 29 oyunda 19 qol vurub, 4 məhsuldar ötürmə verib.