Ramil oynamadı, komandası vacib xal itirdi

18:35 18 Yanvar 2017

Millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi  “Trabzonspor”  bu gün Türkiyə kubokunun qrup mərhələsində  növbəti oyununa çıxıb.

Sportarena.az xəbər verir ki, qaradənizlilər səfərdə 2-ci liqa təmsilçisi “Gümüşhanespor”un qonağı olub. Oyunda qapılara qol vurulmayıb. Şeydayevin adı “18-lik”də yer alsa da, baş məşqçi ona yenə şans verməyib. 

Qeyd edək ki, bu xal itkisi "Trabzonspor"un işini çətinə salıb. Komanda  qrupdan çıxmaq üçün sonuncu turda lider "Konyaspor"u mütləq məğlub etməlidir. 


Digər xəbərlər

Xəbər xətti