"Bavariya”nın kapitanı Filip Lam yayda futbolçu karyerasını başa vuracaq.
Sportarena.az xəbər verir ki, bu barədə almaniyalı futbolçu özü Almaniya mətbuatına açıqlama verib. O, çoxsaylı təkliflərə rəğmən, karyerasını Münhen təmsilçisində bitirmək istəyir.
Qeyd edək ki, 33 yaşlı müdafiəçi elə "Bavariya"nın yetirməsidir və karyerası boyunca bu klubun formasını geyinib.