Millinin məşqçiləri yenə iş başında

13:11 19 Yanvar 2017

Azərbaycan milli komandasının məşqçiləri Qordan Tsipriç və Draqan Spaşiç Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan klublarımızın oyunları izləməkdə davam edirlər.

 

Sportarena.az xəbər verir ki, onlar bu dəfə “Qarabağ” və “Qəbələ”nin keçirdiyi yoxlama görüşlərini izləyiblər. Bu barədə AFFA-nın saytı məlumat yayıb.

 

Qeyd edək ki, “Qarabağ” Rumıniyanın “Styaua”, “Qəbələ” isə həmin ölkənin digər təmsilçisi “Qaz Metan” komandası ilə qarşılaşıb.


Digər xəbərlər

Xəbər xətti