Yanvarın 14-dən etibarən Antalyada toplanışa start verən “Səbail” bu gün Qazaxıstanın “Kiran” klubu ilə ilk yoldaşlıq görüşünü keçirib.
Sportarena.az xəbər verir ki, qarşılaşma 20 Yanvar şəhidlərinin xatirəsinə 1 dəqiqəlik sükutla başlayıb. Birinci hissədə hesabı ilk olaraq rəqib açıb. Taleh Babayevin qoluyla hesabı bərabərləşdirən təmsilçimiz Bayram Budaqovla hesabda 2:1 irəli keçib. Fasilədə 10 oyunçu əvəzetməsi reallaşdıran birinci divizion təmsilçisi sonda 2:4 hesabıyla məğlub olub.
Qeyd edək ki, “Səbail” növbəti yoldaşlıq görüşünü yanvarın 24-ü keçirəcək. Rəqibin adı hələ ki bilinmir.