FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 29-cu ənənəvi beynəlxalq turnirdə iştirak edən Azərbaycan yığması bu gün yarışdakı sonuncu matçına çıxıb.
Sportarena.az xəbər verir ki, Təbriz Həsənovun yetirmələri 9-cu yer uğrunda oyunda Belarusla qarşılaşıb. Qarşılaşmanın sonları dramatik məcrada keçib. Əvvəlcə 75-ci dəqiqədə Mikita Bilinkinin qolu ilə Belarus millisi hesabı açıb. Sona qədər mübarizə aparan futbolçularımız əsas vaxta əlavə edilmiş dəqiqədə hesabı bərabərləşdirməyə müvəffəq olublar. Reqlamentə əsasən qaıibi müəyyənləşdirmək üçün penaltilər seriyasına müraciət olunub. Burada futbolçularmız daha inamlı çıxış ediblər - 5:4. Beləcə U-19 yığmamız 9-cu sırada başa vurub.
Qranatkinin turniri, 9-cu yer uğrunda oyun
20 yanvar
Azərbaycan - Belarus 1:1 (penaltilər 5-4)
Qol: Rafel Məhərrəmli 90+3 - Mikita Bilinkin, 76.
Azərbaycan: 12. Kamran İbrahimov, 3. Rijat Qarayev, 2. Metin Güler, 13. Yusif Həsənov, 14. Hüseyn Seygili, 8. Süleyman Əhmədov, 11. Barış Ekinciler, 20. Bahadur Həziyev, 10. Pilağa Mehdiyev, 7. Fərid Nəbiyev, 19. İbrahim Əliyev
Ehtiyat oyunçular: 1. Murad Popov, 5. Rəhman Daşdəmirov, 17. Murad Qayalı, 4. İsmayıl Karakaş, 6. İbrahim Qədirzadə, 18. Rəfael Məhərrəmli, 15. Ceyhun Muxtarlı, 16. Əli Sadıqov, 9. Doğukan Öksüz