FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirəcək.
Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, 9-cu yer uğrunda oyunda Belarusla qarşılaşacaq millimiz 20 yanvar - Ümumxalq hüzn günü ilə əlaqədar meydana qara sarğı ilə çıxacaq.
Qeyd edək ki, sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.