"Şahdağ" "Neftçi"yə rəqib oldu

15:19 20 Yanvar 2017

Birinci divizion təmsilçisi "Şahdağ" mövsümün ikinci yarısına hazırlıqları davam etdirir.

 

Sportarena.az xəbər verir ki, Qusar klubunun qarşıdakı iki yoxlama görüşünün vaxtı müəyyənləşib. Komanda yanvarın 21-də "Bayıl Arena"da "Neftçi"nin əvəzedici komandasının, 24-də isə "Qaradağ Lökbatan"ın qonağı olacaq.

 

Klubun mətbuat xidmətinin rəhbəri Xanbaba Daşdının saytımıza verdiyi məlumata görə, şimal təmsilçisi məşqlərini Qusar stadionunda etsə də, yoxlama görüşləri üçün isə səfərə yollanmalı olur.

 

Qeyd edək ki, "Şahdağ" qış hazırlığı zamanı iki yoxlama görüşündə qüvvəsini sınayıb. İlk görüşdə AZAL-ın U-19 komandasını 6:0 hesabı ilə məğlub edən qusarlılar digər matçda "Sumqayıt"ın əvəzediciləri ilə heç-heçə ediblər - 2:2.


Digər xəbərlər

Xəbər xətti