Reytinq cədvəli açıqlandı, millimiz xalsız qaldı

15:58 20 Yanvar 2017

Avropa Həndbol Federasiyası yeni ilin ilk reytinq cədvəlini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, 2016-cı ilin nəticələrinə əsasən açıqlanan siyahı Azərbaycan milliləri üçün uğursuz alınıb. Belə ki, qadınlardan ibarət yığmamız mövqeyini itirib. Xanım həndbolçularımız 2 pillə geriləyərək, 32-ci yerə eniblər. Komandamızın hesabında 16 xalı var. Siyahıya Norveç (292) başçılıq edir. Onu Danimarka (276) və Rusiya (252) izləyir.

 

Kişilərdən ibarət millimiz isə 50 komanda arasında xalı olmayan 6 kollektivdən biridi. Burda qitənin ən güclüsü Almaniyadı (308). İkinci pillədə İspaniya (284), üçüncü yerdə Xorvatiya (272) qərarlaşıb.


Xəbər xətti