Türk futbolçu "Çelsi"nin hədəfində

18:43 20 Yanvar 2017

“Çelsi” “Bayer”in türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlunu transfer etmək istəyir.

 

Sportarena.az xəbər verir ki, bu barədə İngiltərənin “San” nəşri məlumat yayıb. “Zadəganlar” 22 yaşlı futbolçunun transferi üçün 15 milyon funt-sterlinq ödəməyə hazırdı.

 

Türkiyə millisinin üzvünün transferində London klubunun baş məşqçisi Antonio Konte də maraqlıdır. O, Hakanı qış transfer pəncərəsində Çinin “Şanxay SİPG” klubuna transfer edilən Oskara əvəzləyicisi kimi görür.


Digər xəbərlər

Xəbər xətti