Sudan millimizə divan tutdu

21:38 20 Yanvar 2017

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
 
 

Sportarena.az xəbər verir ki, Sudanın U-20 millisi ilə qarşılaşan yığmamız 20 yanvar - Ümumxalq hüzn günü ilə əlaqədar oyuna qara sarğı ilə çıxıb. Yığmamız bu görüşdə 1:4 hesabı ilə uduzub. Komandamızın qolunu Ramil Həsənov vurub.

 

Bu matçı milli komandamızın məşqçiləri Qordan Tsipriç və Draqan Spaşiç də izləyib.

 

Qeyd edək ki, millimiz bundan əvvəlki yoxlama görüşlərində Almaniyanın "Eqestorf" klubuna (2:4) və Səudiyyə Ərəbistanının U-20 komandasına (0:1) uduzub, Qazaxıstanın “Okjeptes” klubu ilə heç-heçə (2:2) edib.


Digər xəbərlər

Xəbər xətti