"Azərbaycan həqiqətən güclü komandadır" - Kirenkin - AÇIQLAMA

10:38 21 Yanvar 2017

19 yaşadəki futbolçulardan ibarət Belarus millisinin baş məşqçisi Roman Kirenkin Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirə turnirində yığmamıza uduzduqları oyundan (əsas vaxt - 1:1, penaltilər seriyası - 4:5) sonra matçla bağlı fikirlərini bölüşüb.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, millimzin texniki baxımdan çox güclü oynadığını bildirib:

 

“Ümumilikdə, yaxşı oyun oldu. Bəxtimizin gətirdiyi, eləcə də, şanssız olduğumuz məqamlar vardı. Azərbaycan həqiqətən güclü komandadır. Turnirin əvvəlindən bu komandanın oyununu izləyərkən, qarşılaşacağımız təqdirdə böyük çətinliklərlə üz-üzə qalacağımızı ehtimal edirdik. Rəqibimizin xüsusilə topla düzgün davranışını qeyd etmək istərdim. Texniki baxımdan bizdən üstün idilər. Belə komanda ilə qarşılaşmaq çox xoşdur. Səhvlərimiz oldu, üzərində işləyəcəyik. Azərbaycan yığmasını qələbə münasibətilə təbrik edirəm. Turnirin təşkilatçılarına minnətdarlığımı bildirirəm”.


Digər xəbərlər

Xəbər xətti