"Shanghai Shenhua"nın yeni transferi Karlos Tevez dünyanın ən çox məvacib alan futbolçusu olduğu barədə yayılan xəbərlərə münasibət
Sportarena.az xəbər verir ki, argentinalı hücumçu illik maaşının 40 milyon avro olmadığını deyib:
"Məvacibim barədə mətbuata ümumiyyətlə açıqlama verməmişəm. Mənə elə gəlir ki, bunu hər kəsə deməyə ehtiyac yoxdur. Komanda yoldaşlarıma hörmət etməliyəm. Məvacibim deyilən qədər yüksək deyil. Amma komanda yoldaşılarıma hörmət xatirinə məbləğini deməyəcəm".