"Borussiya" klubu heyətinə yeni oyunçu cəlb edib.
Sportarena.az xəbər verir ki, Dortmund təmsilçisi gözlənilməz şəkildə İsveçin AİK klubundan 17 yaşlı hücumçu İsak Aleksanderi transfer edib. "Yeni İbrahimviç" ləqəbli futbolçu ilə 5 illik müqavilə imzalandığı bildirilir. Bundesliqa klubu isveçli forvard üçün 9 milyon avro ödəyib.
Qeyd edək ki, Aleksandr "Real"ının da transfer siyahısında yer almışdı.