"İnter"in futbolçusu Premyer Liqanın klublarının hədəfində

16:22 23 Yanvar 2017

İtaliyanın "İnter" klubunun yarımmüdafiəçisi İvan Perişiç İngiltərə klublarının transfer hədəfinə çevrilib.

 

 

Sportarena.az xəbər verir ki, bu barədə İtaliyanın "Gazzetta dello Sport" nəşri məlumat yayıb. Belə ki, "Mançester Yunayted", "Liverpul" və "Çelsi" Xorvatiya millisinin üzvünü qış transfer pəncərəsinin son günlərində heyətinə qatmağa çalışır. Milan klubu isə Perişiçə əvəzləyici tapmadığından danışıqları yubatmaqla məşğuldu.

 

Həmkarlarımızın iddiasına görə, "İnter" rəhbərliyi 40 milyon avro müqabilində futbolçunu satmağa razıdı.


Digər xəbərlər

Xəbər xətti