“Trabzonspor”un və millimizin hücumçusu Ramil Şeydayev ötən günlərdə Rusiya yığmasının sabiq futbolçusu Andrey Arşavinlə görüşüb.
Sportarena.az xəbər verir ki, rusiyalı ulduz gənc forvarda öz məsləhətlətini verib. “Kayrat”ın 35 yaşlı hücumçusu Şeydayevə "Çox gəncsən, öz üzərində daha çox çalış və zamanı gözlə" - söyləyib.
Qeyd edək ki, Arşavin ilə Şeydayev bir müddət eyni vaxtda “Zenit”də çıxış ediblər.