İngiltərə Premyer Liqasının 22-ci turunun “Çelsi” - “Hall Siti” oyununda (2:0) qonaqların üzvü Rayan Meyson ciddi zədə alıb.
Sportarena.az xəbər verir ki, qarşılaşmanın 13-cü dəqiqəsində London klubunun futbolçusu Qari Keyhillə toqquşan, meydanda 8 dəqiqə ilkin tibbi yardım göstərildikdən sonra futbolçu xəstəxanaya çatdırılıb. İlkin müayinələrdən sonra Meysonun kəllə sümüyündə çat aşkarlanıb və beyin qanaması keçirdiyi müəyyənləşdirilib. Həkimlər müdafiəçinin yekun vəziyyəti barədə bir neçə gün sonra qərar verəcəklər.