Millimizin baş məşqçisi Robert Prosineçki Türkiyə Super Liqa təmsilçisi "Bursaspor"la anlaşacağı barədə xəbərlərə münasibət bildirib.
Sportarena.az xəbər verir ki, xorvat mütəxəssis AFFA-nın "facebook" səhifəsinə açıqlamasında hazırda ancaq Azərbaycan millisinin növbəti oyunu barədə düşündüyünü deyib:
"Bursaspor" klubunun nümayəndələri mənimlə əlaqəyə girib klubun baş məşqçisi postuna keçməyimi təklif ediblər. Ancaq mənim 2017-ci ilin sonuna qədər Azərbaycan millisi ilə müqaviləm var və hazırda ancaq komandamın növbəti oyunu haqda düşünürəm".