"Bursaspor" Prosineçkidən əl çəkmir - "Hər iki yerdə çalışsın" - AÇIQLAMA

15:22 24 Yanvar 2017

Türkiyənin “Bursaspor” klubunun təmsilçiləri ilə millimizin baş məşqçisi Robert Prosineçki arasında Bakıdakı görüş davam edir.

 

Sportarena.az xəbər verir ki, Bursa təmsilçisinin nümayəndələri xorvat mütəxəssisi razı salmağı bacarıblar. Bu barədə Prosineçkinin təmsilçisi Yaşar Çalışır “ajansspor”a açıqlama verib. O, türkiyəli həmkarlarımıza açıqlamasında Prosineçkiylə razılığa gəldiklərini, ancaq məsələylə bağlı AFFA-yla danışıqların davam etdiyini vurğulayıb:

 

“Bursaspor” məsələyə çox peşəkar münasibət göstərir. Prosineçki bu təklifə isti yanaşır. Amma heç kimin xətrinə dəymək istəmir. Azərbaycanda çox sevilir. Burdakı insanların xətrinə dəymədən bir çıxış yolu tapmağa çalışırıq. AFFA ilə görüşmələrimiz davam edir. İddia edildiyi kimi, müqaviləsində təzminat maneəsi yoxdu. Martda Azərbaycan millisinin Almaniya ilə oyunu var. Bəlkə həmin oyuna kimi Prosineçki həm Azərbaycan yığmasını, həm də “Bursaspor”u çalışdıra bilər. Bu, mənim təklifim idi. Hər iki tərəf müqavilənin əleyhinə deyil. Prosineçki Türkiyə futbolunu yaxşı bilir. “Bursaspor”lu nümayəndələr bunu görəndə çox təəccübləndilər. Ya bu gün, ya da sabah hər şey dəqiqləşəcək. Keçidin alınma şansı 50 faizdi”.


Digər xəbərlər

Xəbər xətti