Türkiyənin “Qaziantepspor” klubu baş məşqçi İbrahim Üzülməzlə yolları ayırıb.
Sportarena.az xəbər verir ki, rəhbərliklə Üzülməz arasında görüş baş tutub və qarşılıqlı razılıqla onun müqaviləsinə xitam verilib.
Qeyd edək ki, ötən il dekabrından “Qaziantepspor”a rəhbərlik edən Üzülməz bu vaxt ərzində bütün rəsmi görüşlərdə məğlub olub.