Türkiyə mətbuatı: Rövnəq Abdullayev onu buraxmadı

10:58 25 Yanvar 2017

AFFA prezidenti Rövnəq Abdullayev millimizin baş məşqçisi Robert Prosineçkinin "Bursaspor"a keçidinə icazə verməyib.

 

Sportarena.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb. Xorvatiyalı mütəxəssisi komandada görmək istəyən klub rəhbərliyi Abdullayevi razı salmaq üçün Türkiyə parlamentinin Bursadan olan millət vəkili Hüseyn Şahin və əmək və sosial müdafiə naziri Mehmet Müezzinoğlundan kömək istəyiblər.

 

Qeyd edək ki, Prosineçkinin AFFA ilə müqaviləsi bu ilin sonu başa çatır.


Digər xəbərlər

Xəbər xətti