Yanvarın 26-da İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2019-cu ildə İtaliyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, tədbirdə Azərbaycan U-21 yığmasının baş məşqçisi Yaşar Vahabzadə və AFFA-nın texniki direktorunun müavini Zaur Hacı-Məhərrəmov iştirak edəcək.