Azərbaycanda gənc futbolçular bir klubdan digərinə transfer olarkən ödənilən vəsaitin 70 faizi həmin gənci uşaq yaşlarından yetişdirən məşqçilərə ödənilə bilər.
Sportarena.az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin Gənclər və idman komitəsinin iclasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birinci vitse-prezidenti, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev bununla bağı qanunvericiliyə əlavələr edilməsi barədə təşəbbüslə çıxış edib. Əliyev deyib ki, bu addımın atılması Azərbaycanda futbolun inkişafında mühüm rol oynaya bilər:
“Belə bir qərar AFFA İcraiyyə Komitəsində qəbul edilib. Ancaq biz bunun qanunda da əksini tapmasını istəyirik. Belə olan halda bu, məşqçilərin stimullaşmasına və futbolun daha sürətlə inkişafına yol aça bilər”.