Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan yığmasına yeni böyük məşqçi təyin olunub. Bu vəzifə Rəşad Əhmədova həvalə olunub.
Sportarena.az xəbər verir ki, bununla bağlı qərar Taekvondo Federasiyasının İdarə Heyətinin son iclasında qəbul edilib.
Qeyd edək ki, buna qədər komandanın böyük məşqçisi Elnur Amanov idi. O, qadınlardan ibarət yığmaya baş məşqçi təyin olduqdan sonra həmin post boş qalmışdı.