Qvardiola "Siti"dən yeni müqavilə istəyir

17:41 25 Yanvar 2017

Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubla müqaviləsinin müddətini uzatmaq istəyir.

 

 

Sportarena.az xəbər verir ki, 2016-cı ilin iyulundan "şəhərlilər"in "sükanı arxasına" keçən ispaniyalı çalışdırıcı bununla haqqında klubdan ayrılacağı barədə gəzən söz-söhbətlərə son qoymaq istəyir. Bu səbəbdən o, hazırkı komandası ilə yeni sözləşmə imzalamaq arzusundadı.

 

 

Hazırkı müqavilənin müddəti 2019-cu ilin iyulun bitəcək. Qvardiola isə anlaşmanın müddətini daha5 il artırmaq istəyir. Bu baş versə, Qvardiola 2024-cü ilin yayına qədər hazırkı vəzifəsini icra edəcək.

 

Qeyd edək ki, İngiltərə Premyer Liqasında 22 turdan sonra 43 xal toplayan “Mançester Siti” turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti