"Şahdağ" stadionsuz qalıb? - AÇIQLAMA

12:19 26 Yanvar 2017

Birinci divizion klubu "Şahdağ" istifadəsındə olan Şövkət Orduxanov adına Qusar şəhər stadionundan uzaq düşüb.

 

Sportarena.az xəbər verir ki, həm məşqlərini, həm də oyunlarını sözügedən stadionda keçən şimal təmsilçisi qış hazırlığı zamanı bu stadiondan istifadə etməyib. Komanda Qusarda məskunlaşsa da, yoxlama oyunları üçün oyun günü xeyli məsafə qət edərək Bakıya gəlməli olub.

 

"Şahdağ" ümumiyyətlə arenasız qalıb? Qusar klubu mövsümün ikinci hissəsində oyunlarını harada keçirəcək?  Suallarımızı klubun mətbuat xidməti Xanbaba Daşdıya ünvanladıq. Klub rəsmisi saytımıza açıqlamasında məsələyə belə aydınlıq gətirdi:

 

"Biz qış hazırlığı zamanı məşqlərimizi və oyunlarımızı həmişə Şövkət Orduxanov adına stadionda keçirmişik. Bu il belə olmadı. Bunun səbəbi isə stadionumuzun ot örtüyünün heç də yaxşı vəziyyətdə olmamasıdı. Bu isə Qusardakı əlverişsiz hava şəraiti ilə əlaqədardı. Oyunlarımızı bildiyiniz kimi Bakıda keçirdik. Məşqlərimizi isə rayonun kəndlərindəki meydançalarda etməli olduq. Amma ikinci dövrədəki matçlarımızı ot örtüyünün durumundan asılı olmayaraq Şövkət Orduxanov adına stadionda keçirəcəyik".

 

Heybət Məmmədov


Digər xəbərlər

Xəbər xətti