Azərbaycan millisinin üzvü Ufuk Budaq "Kayserispor"dan ayrılıb.
Sportarena.az xəbər verir ki, Super Liqa təmsilçisinin məşqçi heyəti tərəfindən əvəzedici komandaya göndərilən futbolçu artıq klubla qarşılıqlı razılaşma əsasında müqaviləsinə xitam verib.
Azad agent statusu alan Budaq artıq transfer danışıqlarına da başlayıb. Müdafiəçi bu gün "Adanaspor"un rəhbərliyi ilə görüşüb. Tərəflər arasında ilkin razılıq əldə olunduğu, bəzi xırda detallar ətrafında müzakirələr aparıldığı bildirilir.
Qeyd edək ki, "Adanaspor"un bu gün "Qarabağ"ın futbolçusu Reynaldo Silvayla da rəsmi müqavilə imzalayacağı gözlənilir.