Qriqorçuk: "Təsdiq edirəm ki, büdcə azalıb" - MÜSAHİBƏ

18:21 26 Yanvar 2017

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Ukraynada yerli mətbuata müsahibə verib.

 

Sportarena.az həmin müsahibəni təqdim edir:

 

 

- Roman Qriqorçuk, iki il çoxdur, yoxsa az?

- Çox azdır. Amma futbolda hər şey çox sürətlidir.

 

- Deyə bilərikmi “Qəbələ” ən yaxşı nəticələrini sizin məşqçiliyiniz zamanı göstərib?

- Bütün gücümüzü “Qarabağ"la mübarizəyə vermişik.

 

- Azarkeşlərə söz verə bilərsinizmi ki, komandanız bu il çempion olacaq?

- “Qəbələ” ən yaxşı halda ölkə çempionatının bürünc medallarını qazanıb. Son iki ildə isə Avropa Liqasının qrup mərhələsində çıxış edib. Bu böyük yüksəlişdir. İkinci yer bizim üçün yaxşı nəticə olacaq. Amma birincilik başqadır. Çempionluğun dadı ayrıdır”.

 

- Avropa Liqasının qrup mərhələsində “Maynts”, “Sent-Etyen” və “Anderlext”lə oyunlarda xal qazanmadınız. Səbəb nə idi?

- Biz onlardan təkcə geri qalmırıq, həm də fərqli yerlərdəyik. Biz əgər o səviyyədə oynamaq istəyiriksə, çox şey etməliyik. Mənəvi olaraq da möhkəmlənməliyik.

 

- “Qəbələ”nin büdcəsinin azaldığı doğrudur?

- Mən dəqiq rəqəm deməyəcəm. Bu mənim işim deyil və bunu etmirəm. Təsdiq edirəm ki, büdcə azalıb.

 

- Sizin və oyunçularınızın maaşı azalıb?

- Əlbəttə, azalıb.

 

- Baş məşqçinin maaşı iki dəfə azaldılıb?

- Əlbəttə.

 

- Siz “Dinamo”nun (Kiyev) baş məşqçi postuna namizədlərdən biri idiniz. Bu düzdür?

- Yaya qədər müqaviləm var. “Dinamo” haqqında danışmaq üçün heç bir əsas yoxdur. Super klubdan təklif olsaydı, danışıq olması istisna deyildi.

 

- Ukraynaya qayıdışınız mümkündür? “Çernomorets”ə?

- Onu deyə bilərəm ki, Odessada yaşayıram. İstisna deyil ki, ora qayıda bilərəm və bundan şad olaram.

 

- “Qəbələ”də yalnız iki ukraynalı – Dmitri Bezotosnı və Vitali Vernidub qalıb. Onlar inkişaf edir?

- Çox inkişaf ediblər. Belə peşəkarlığı çox insan öyrənməlidir. Gənc futbolçulara gəzmək və baxmaq lazımdır. Dmitrinin yaşı artsa da, oyunu günü-gündən yaxşılaşır. Mən istəyərəm ki, o, 50 yaşa kimi futbol oynasın.

 

- Qəbələdə hansı gülməli hadisə başınıza gəlib?

- Bir gün “Qəbələ”nin əvəzedici komandasının oyununa baxmağa gəldim. Jurnalistlərdən biri yaxınlaşdı ki, “olar kameraya bir neçə kəlimə danışasınız?”. Müsahibə verdiyim yerdə biri yaxınlaşdı ki, mənə sizin alışqanınız olmaz? Burda o qədər adam var, get başqasından soruş (gülür).


Digər xəbərlər

Xəbər xətti