UEFA Çempionlar Liqasının 25 ən yaxşı klubunun siyahısını açıqlayıb.
Sportarena.az xəbər verir ki, siyahıda qitənin ən nüfuzlu klub turnirinin yeni formatda keçirildiyi 1992-ci ildən sonra qazandığı nəticələr qeydə alınıb. Ən yaxşı nəticə göstərən klub “Real”dı. 1992-ci ildən bəri 5 dəfə Çempionlar Liqasının qalibi olan “kral klubu”nun hesabında 319 xal var.
Madrid təmsilçisinin ən yaxın izləyicisi isə La Liqadakı əzəli rəqibi “Barselona”dı. İlk üçlüyün son klubu isə “Bavariya”dı. Siyahıda aşağıdakı klublar yer alıb:
1. Real (İspaniya) - 319 xal, 5 kubok
2. Barselona (İspaniya) - 314 xal, 4 kubok
3. Bavariya (Almaniya) - 284 xal, 2 kubok
4. Mançester Yunayted (İngiltərə) - 272 xal, 2 kubok
5. Arsenal (İngiltərə) - 207 xal
6. Yuventus (İtaliya) - 200 xal, 1 kubok
7. Milan (İtaliya) - 197 xal, 3 kubok
8. Çelsi (İngiltərə) - 190 xal, 1 kubok
9. Portu (Portuqaliya) - 185 xal, 1 kubok
10. Lion (Fransa) - 134 xal
11. İnter (İtaliya) - 126 xal, 1 kubok
12. Borussiya (Dortmund, Almaniya) - 126 xal, 1 kubok
13. Valensiya (İspaniya) - 114 xal
14. Liverpul (İngiltərə) - 106 xal, 1 kubok
15. Ayaks (Hollandiya) - 106 xal, 1 kubok
16. PSJ (Fransa) - 102 xal
17. Olimpiakos (Yunanıstan) - 96 xal
18. Bayer (Almaniya) - 90 xal
19. PSV (Hollandiya) - 89 xal
20. Benfika (Hollandiya) - 87 xal
21. Dinamo (Ukrayna) - 85 xal
22. Atletiko (İspaniya) - 83 xal
23. Qalatasaray (Türkiyə) - 80 xal
24. Roma (İtaliya) - 75 xal
25. Monako (Fransa) - 67 xal