Azərbaycan I divizionunda çıxış edən "Səbail" ötən gün Antalyada sonuncu yoldaşlıq görüşünü keçirib.
Sportarena.az xəbər verir ki, rəqib Macarıstanın aşağı dəstə təmsilçisi "Szeged" klubu olub.
Görüş Bakı klubunun 2:1 hesablı qələbəsi ilə nəticələnib. “Səbail”in qollarını Ramazan Abbasov və Orxan Səfiyaroğlu vurub.
Qeyd edək ki, "Səbail" yanvarın 28-i Antalya toplanışını yekunlaşdıracaq və həmin gün günorta saatlarında vətənə dönəcək.