Almaniya Bundesliqa təmsilçisi “Darmştadt” yarımmüdafiəçisi Enis Ben-Hatiranı qovub.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı BBC yayıb. İngilis həmkarlarımızın yazdığına görə, 28 yaşlı futbolçunun qovulmasına onun radikal islamçı qruplara maliyyə yardımı etməsiylə bağlı xəbərlər səbəb olub.
Ben-Hatira 2016-cı ildən “Darmştadt”da çıxış edirdi. 28 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Hamburq”, “Duysburq”, “Herta”, “Ayntraxt” kimi komandalarda da top qovub. Tunis millisinin də üzvü olan Ben-Hatira, millidə 9 oyun keçirib.