Ermənistan kiqboks yığmasının üzvü Anoska Akokulyan Azərbaycan kiqboksçusu ilə görüşməkdən imtina edib.
Sportarena.az xəbər verir ki, hadisə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən K-1, Tay Boksinq və Kiqboksinq üzrə beynəlxalq turnir zamanı baş verib. Xaçmaz Azad Kiqboksinq klubunun üzvü Nəzrin Əskərova 1/2 finalda Ermənistan idmançısına rəqib olub. Onun erməni rəqibi Anoska Akokulyan "Qəzəbli mələk” ləqəbli idmançımızla qarşılaşmaqdan imtina edib. Nəticədə 15 yaşlı idmançımız finalda gürcüstanlı kiqboksçu ilə qarşılaşmalı olub.
"Qəzəbli mələk” təşkilatçı ölkənin təmsilçisini böyük üstünlüklə məğlub edərək öz çəki dərəcəsində çempion olub.