Mövsümün gedişində “Neftçi”dən qovulan rumıniyalı Katalin Tira özünə yeni klub tapıb.
Sportarena.az xəbər verir ki, 22 yaşlı hücumçu ölkəsinin II Liqa təmsilçisi ölkəsinin ikinci Liqasında çıxış edən “Dunarea Kalaraşi” ilə münasibətlərini rəsmiləşdirib. Tira 1,5 illik müqaviləyə imza çəkib.
Qeyd edək ki, yayda “Neftçi”yə transfer olan Tira Premyer Liqanın 9-cu turunda "Qarabağ"la oyunun gedişində meydana daxil olan azarkeşi vurmuşdu. Bu səbəbdən paytaxt klubu rumıniyalı forvardla müqaviləyə xitam vermişdi.