“Mançester Siti”nin baş məşqçisi Xosep Quardiola şəxsi həyatı ilə gündəmə gəlib.
Sportarena.az xəbər verir ki, ispan mütəxəssis rusiyalı model Viktoriya Lopıryova ilə “yaxalanıb”. Çempionlar Liqasının 1/8 final mərhələsindəki rəqibləri “Monako”nun Fransa çempionatının 22-ci turunda PSJ ilə səfər matçını izləmək üçün Fransaya gedən məşqçinin teleaparıcı ilə görüntülənməsi və cütlüyün səmimi olması müxtəlif söz-söhbətlərə səbəb olub.
İspaniya mətbuatı 46 yaşlı mütəxəssisin özündən 12 yaş kiçik modellə sevgili olduğunu iddia edib.