Hollandiyanın "Qou Ehed İqlz" klubu millimizin və "Trabzonsor"un futbolçusu Ramil Şeydayevi transfer edəcəkləri iddialarına münasibət bildirib.
Sportarena.az xəbər verir ki, klubun texniki direktoru Dennis Bekking 20 yaşlı hücumçu ilə maraqlanmadıqlarını deyib. O, Şeydayevlə bağlı "Trabzonspor"la heç bir danışıq aparmadıqlarını bildirib.
Qeyd edək ki, Türkiyə mətbuatı "Qou Ehed İqlz"in Ramili icarəyə götürmək istədiyini yazmışdı.