21 yaşadək futbolçulardan ibarət millimizin futbolçusu Ozancan Kökcü İngiltərə klublarının maraq dairəsinə düşüb.
Sportarena.az xəbər verir ki, bu barədə İngiltərənin "The Sun" nəşri məlumat yayıb. Premyer Liqa təmsilçiləri "Tottenhem" və "Everton" 18 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir. Kökcünün yetirməsi olduğu "Feyenoord"la müqaviləsi mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, yarımmüdafiəçi 2016-cı ilin sonlarında AFFA Ozancan Kökcüyə müraciət edərək onu millimizə dəvət edib. Türkəsilli futbolçu bu təklifi qəbul edib.