FİFA-ya ciddi xəbərdarlıq - "Böyük klubların əsəbləri ilə oynamaq olmaz"

14:13 31 Yanvar 2017

Dortmund “Borussiya”sının icraçı direktoru Hans-Yoahim Vatske dünya çempionatının formatının dəyişdirilməsinə münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, Vatske FİFA-nı ehtiyatlı olmağa, böyük klubların əsəbləri ilə oynamamağa çağırıb. O, FİFA-nı klubların maraqlarını nəzərə almamaqda ittiham edib:

 

“FİFA ehtiyatlı olmalıdı. Sərhədləri aşmaq olmaz. Axı dözümlülük həddi var. Böyük klubların hamısında belə təəssürat yaranır ki, FİFA bu məsələyə ciddi yanaşmır. Bu təşkilat sanki “necə istəyirəm, elə də edirəm” prinsipi ilə işləyir. Belə yanaşma tərzi də gərginliyə səbəb olur. Böyük klubların əsəbləri ilə oynamaq olmaz”.


Digər xəbərlər

Xəbər xətti