Peşəkar Futbol Liqası ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti səbəbindən Birinci divizionun 14-cü turunun iki oyununun keçirilmə tarixini dəyişib.
Sportarena.az xəbər verir ki, bunlar "Göyəzən” - "Qaradağ Lökbatan” və "Şahdağ” - "Zaqatala” qarşılaşmalarıdır. Oyunlar fevralın 2-dən 27-nə keçirilib.