İkinci dövrənin hazırlığını doğma Tovuzda davam etdirən "Turan Tovuz" heyətini 4 futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, vaxtilə "Fənərbağça" və aşağı yaş qrupu üzrə yığmalarımızın şərəfini qorumuş, son olaraq "Rəvan"da çıxış edən Mirkamil Haşımlı, Tovuz futbolunun yetirməsi, ilk dövrəni "Şərurspor"da keçirən Rəşad Orucov, "Bakılı"dan Timur Dadaşov və Mehman Behbudov mövsümün qalan hissəsində "Turan Tovuz"un uğurları üçün tər tökəcəklər.