Hollandiyanın “Feyenoord” klubunun futbolçusu Ozancan Kökcü Azərbaycan millisindən imtina edib.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Bildirilir ki, 18 yaşlı yarımmüdafiəçi Hollandiya yığmasının formasını geyinməkdə maraqlıdı.
“Feyenoord”la müqavilə müddəti mövsümün sonuna qədər olan pleymeyker ölkə xaricində oynamaq qərarına gəlib. İngiltərə Premyer Liqa təmsilçilərinin maraq dairəsində olan Kökcünün məhz legioner həyatı yaşamaq üçün Hollandiya millisini seçdiyi bildirilir.
Qeyd edək ki, Ozancan AFFA-nın təklifini qəbul edərək U-21 millimizin yanvarda keçirilən təlim-məşq toplanışında iştirak etmişdi.