“Zirə”nin sabiq futbolçusu Nelson Bonilla özünə yeni komanda tapıb.
Sportarena.az xəbər verir ki, salvadorlu forvard karyerasını Türkiyədə davam etdirəcək. Portuqaliyanın “Nasional” klubunda əsas heyətə düşməkdə çətinlik çəkən hücumçu birinci liqada mübarizə aparan “Qaziantep BB” klubunda icarə əsasında mövsüm sonuna kimi çıxış edəcək.