Az öncə Hollandiyanın “Feyenoord” klubunun futbolçusu Ozancan Kökcü Azərbaycan millisindən imtina etdiyi barədə xəbər vermişdik.
Sportarena.az xəbər verir ki, İngiltərə mətbuatının yaydığı məlumat futbolçunun anası Sibel Kökcü tərəfindən inkar edilib. Yenicag.az saytına açıqlama verən Xanım Kökcü ingilis həmkarlarımızın Ozancanı kiçik oğlu Orkun ilə səhv saldıqlarını söyləyib:
"Yalan-yanlış xəbərlərdir. Hərçənd ki, onların da bir günahı yoxdur. Çünki həmişə böyük oğlum Ozancanı kiçik oğlumla səhv salırlır. Kiçik oğlum Orkun gələn həftə Hollandiya milli komandası ilə Portuqaliyaya gedir. İngiltərə mətbuatı da oğlanlarımı səhv salıb”.
Qeyd edək ki, Ozancanın kiçik qardaşı Orkun Hollandiyanın U-17 millisinin üzvüdür.