Qarlı hava PFL-ə problem yaratdı - İki oyun təxirə salındı, birinin yeri dəyişdirildi

12:58 1 Fevral 2017

Birinci divizionun daha iki oyunu təxirə salınıb.

 

Sportarena.az xəbər verir ki, buna ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti olub. Bu səbəbdən Peşəkar Futbol Liqası "Ağsu" - "Bakılı" və "Energetik" - MOİK qarşılaşmalarını təxirə salıb. Hər iki matç fevralın 27-nə təyin edilib.

 

Bu gün baş tutacaq yeganə oyunun - "Şərurspor" - "Şəmkir" matçının isə yeri dəyişdirilib. Saat 15:00-dabaşlayacaq qarşılaşma "Bakı" klubunun təlim-məşq bazasında keçrilməli olsa da, matç süni örtüklü "Bayıl Arena"ya təyin olunub.

 

Sabah keçrilməli olan "Turan Tovuz" - "Rəvan" və "Səbail" - "Mil-Muğan" oyunları ilə bağlı hələ qərar verilməyib.

 

Qeyd edək ki, PFL dünən “Göyəzən” - “Qaradağ Lökbatan” və “Şahdağ” - “Zaqatala” matçları təxirə salmışdı. Həmingörüşlər də fevralın 27-də baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti