Bu gün İtaliya A seriyasının 19-cu turundan təxirə salınmış bir oyun keçirilib.
Sportarena.az xəbər verir ki, "Fiorentina" "Peskara"nın qonağı olub. Florensiyalılar səfər qələbəsinə seviniblər - 1:2.
Qeyd edək ki, bu komandalar arasındakı görüş yanvarın 8-də keçirilməli idi. Lakin qarlı hava şəraitinə görə matç bu günə təxirə salınıb.
İtaliya A seriyası, 19-cu tur (təxirə salınmış oyun)
1 fevral
Peskara - Fiorentina 1:2