“Çelsi”nin futbolçusu Branislav İvanoviçin “Zenit”ə keçidi rəsmiləşib.
Sportarena.az xəbər verir ki, bu barədə Sankt-Peterburq klubunun rəsmi saytı məlumat yayıb. Serbiya millisinin üzvü ilə 2.5 illik müqavilə imzalanıb. 32 yaşlı müdafiəçinin transferinə görə Rusiya klubu "zadəganlar"a pul ödəməyəcək. İvanoviç isə "Zenit"də oynadığı hər ilə görə 3.2 milyon avro qazanacaq.