Yunanıstan Super Liqasında 11-ci turdan təxirə salınmış bir oyun keçirilib.
Sportarena.az xəbər verir ki, Amit Quluzadənin qış fasiləsində transfer olunduğu AEL evdə PAOK-la qarşılaşıb. Amitin iştirak ərizəsinə salınmadığı qarşılaşma 2:0 hesabıyla Saloniki təmsilçisinin qələbəsiylə nəticələnib. Həmyerlimiz hələ ki, AEL-də ilk “18”-liyə düşə bilməyib.
Qeyd edək ki, hesabında 16 xal olan Larissa təmsilçisi 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.