Ağır atletika üzrə qadınlardan ibarət yığmamız qarşıdakı daxili və beynəlxalq yarışlara hazırlıqlarını davam etdirir.
Sportarena.az xəbər verir ki, atletlərimiz baş məşqçi Natalya Prişepa və məşqçi Təranə Abbasovanın rəhbərliyi altında Şimal DRES qəsəbəsindəki Ağır Atletika Akademiyasında gündəlik məşqlər edirlər. Bütün lazımi şəraitlə təmin olunan zərif cinsin nümayəndələrinin düşərgəsində xoş ab-hava hökm sürür.
Ağır atletlərimiz təlim-məşq toplanışı zamanı gündə iki dəfə olmaqla məşq edir, bununla yanaşı fitnesslə də məşğul olurlar. Komandanın durumu yaxşıdır. Bu barədə Natalya Prişepa məlumat verib:
“Hazırda qızların məşqləri lazımi qaydada aparılır. Daha çox texnika üzərində işləyirik. Artım müşahidə edirəm. Qarşıda bizi yeniyetmələr və böyüklərin Azərbaycan çempionatı gözləyir. Ən vacib turnir isə aprelin əvvəlində Tailandda keçiriləcək yeniyetmələrin dünya birinciliyidir. Bu yarış gələn il Argentinada təşkil olunacaq Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xarakterli olduğundan, xüsusi əhəmiyyət daşıyır. Daha çox buna köklənmişik. Daha sonra bizi Bakıda keçiriləcək IV İslam Oyunları gözləyir. Hər iki yarışa ciddi hazırlaşırıq. Qızlarımızın bizi sevindirəcəyiniz düşünürük”.