Çalhanoğlu cəzasından danışdı - Kimdi günahkar? - AÇIQLAMA

12:36 3 Fevral 2017

Türkiyə millisinin və “Bayer”in futbolçusu Hakan Çalhanoğlu futboldan 4 aylıq uzaqlaşdırılması barədə xəbər vermişdik.

 

Sportarena.az xəbər verir ki, "Trabzonspor"la imzalanan müqavilənin şərtlərinə əməl etmədiyi üçün cəzaya məruz qalan futbolçu bu işdə atasının səhvi olduğunu deyib: 
 

"17 yaşımda "Karlsrue"nin gənclərdən ibarət komandasında oynayırdım. Həmin vaxt atam Darmstadt şəhərində "Trabzonspor" rəsmiləri ilə görüşüb, müqaviləm barədə razılığa gəlmişdi. Evə gəldi və "Hakan, bu müqaviləni imzalamalısan dedi". Atamın sözündən çıxa bilməzdim. Fikrimdə futboldan başqa bir şey yox idi. İndi atam baş verənlərə görə çox üzgündür. O, bundan sonra karyerama heç vaxt müdaxilə etməyəcək".

 

Qeyd edək ki, Çalhanoğlu mövsümün sonuna qədər bütün rəsmi oyunlardan uzaqlaşdırılıb.


Digər xəbərlər

Xəbər xətti